90 saylı orta məktəbdə pul yığımı- "yoxunuzdur, oxuma"
10-10-2016, 14:44
Müəllimlər günü ilə bağlı bir neçə ümumtəhsil ocaqlarında xoşa gəlməz hadisələrin şahidi olduq. 90 saylı orta məktəbində adı pul yığımında hallanır.
Uluyol.info-nun elektron ünvanına Sərraf Əmrahov tərəfindən gələn şikayət məktubun təqdim edirik:
"Oktyabr ayının 4-də iş yoldaşımla sabah ki, müəllimlər günün müzakirə edirdik. İş yoldaşım maddi sıxıntılardan dolayı müəllimləri necə təbrik edəcəyin düşünürdü. Gedib müəllimləri təbrik etməyin bildirəndə dedi ki, yox, sözlə alınası iş deyil.
Uşağa tapşırıq veriblər ki, 30 manat pul gətirsin. Oda yoxumdur. Oktyabr 6-sı uşaq dərsə gedəndə müəlliməsi soruşub ki, "niyə pul gətirmədin?" Uşaq deyəndə ki, valideynim işləmir, yoxumuzdur. Müəllim cavabında "yoxunuzdur, oxuma".
İndi sizin vasitənizlə bu məsələnin ictimailəşdirilməsində maraqlı olduğum məqam budur ki, bu dostumun başına gəlib. İndi ölkədəki iqtisadi vəziyyət göz önündədir. Məgər ölkəmizin taleyi, müstəqilliyimizin davamlı olması bu gün parta arxasında oturan şagirdlərdən aslı deyil?! Təhsil Nazirliyindən bildirirlər ki, belə hallar ola bilməz. Bəs, bu nədir? Məgər Sabunçu rayonu Rixard Zorge adına orta məktəb Nazirliyə tabe deyil? Bu hadisədən sonra bir neçə şagird və valideynlərdən öyrəndiklərim əsas verdiki bu məktəbdə pul yığılır. Öyrəndiyimiz: Xalidə, Dünya, Nərgiz müəllimə şagirdlərdən pul istəyib.Əsas dedikləridə bu olub ki, hədiyyə lazım deyil, 30 manat gətirin. Görəsən məktəb direktoru Qazıbəyova Qurbantac müəllimə hara baxır və yaxud Təhsil nazirliyi bu haqda nə fikirləşir.Atam 33 il müəllim işləyib, bir dəfə də hədiyyə falan gətirmədi evə. Elə şagirdlərinin də cəsarəti çatmazdı hədiyyə verə. Bütün şagirdlərin müəlliminə hədiyyəsi, öyrədilənləri mənimsəməsi,bilikli olmasıdır"
İnternet resusrlarından axtarış apararkən bu məktəblə bağlı heç də xoş olmayan hadisələrlə tanış olduq.Şlaqla şagidin döyülməsi;şalvarının çıxarılması;8 mart üçün pul yığlması və verə bilməyən məktəblinin özünü ikinci mərtəbədən yerə atması;məktəbdə yanğın olması və s.Ümid edək ki,bundan sonra məktəb verdiyi təhsillə,ali məktəblərə qəbul olunan məzunların sayı ilə seçilər.
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq