İcra hakimiyyətində başçı ilə müavini nəyi bölə bilmir - Ağstafada
11-10-2016, 12:33
Redaksiyamıza "Ağstafa İcra Hakimiyyətində “dava”" başlıqlı məqalə göndərilib. DİA.AZ olaraq "Elgün Mirzəyev" adlı müəllifin məqaləsini olduğu kimi təqdim edirik:
"Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə RİH başçısının birinci müavini Ramiz Tatarov arasında pul üstündə dava düşüb. İkinci R.Tatarov rayon ərazisindən keçən boru kəmərlərinə dair verilən, daha doğrusu payına düşən puldan narazıdır. R.Tatarov M.Quliyevə bildirib ki, siz rayona rəhbərlik etmədiyiniz illərdə hansı torpaqların boru xəttinə düşüb-düşməməsini mən müyyən etmişəm. Pulda mənə çox düşməlidir. İslahat torpaqlarına və icarə müqaviləsi əsasında götürülən torpaqların boru xəttinə düşməsi, sürüşdürülməsini siz M.Quliyev yox, mən R.Tatarov əlaqələnməklə tənzimləmişəm. İndi siz kimsiz ki, torpaqların götürülməsinə dair görülən işləri öz adınıza çıxıb verilən pulların 60 faizinə sahib olursuz. Axı, bu əməliyyatlara görə başım müsibətlər çəkib. İndi pulun çoxu da mənim olmalıdır. Boru xətləri BTC və tikilməkdə olan TANAP-a görə R.tatarov maxinasiyalar əsasnda kasıb-kusubun torpaqlarının sürüşdürülməsində və icarə müqaviləsi ilə verilən torpaqların köhnə tarixə ləğvetmə və sonradan özünə yaxın şəxslərin adına aformut etməsi əsasında bir milyondan çox vəsait mənimsiyir. O, rayonun Qıraq Kəsəmən kəndində İsgəndərov Hüseyn İsgəndər oğlunun ailəsinə aid islahata gedən torpağı 500 metrə kənara sürüşdürməklə 39 min pulu 10 il bundan qabaq mənimsiyib. Təbii torpağın 500 metrə kənara sürüşdürməsində Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin işçilərinin sayəsində edib. Hətta bu işdə ona H.İsgəndərovun qardaşları Qədir və Həsənəli İsgəndərovlar kömək edib. Qarşılığında onlara R.Tatarov icarə müqaviləsi əsasında torpaq təşkil edib. Onlar da boru xəttindən müxtəlif vaxtlarda 10 min pul alıblar, R.Tatarovla bölüşüblər".
teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırdır...
teref.az