ONLAR NƏ PREZİDENTİN ƏMRLƏRİNƏ MƏHƏL QOYURLAR, NƏ DƏ BAŞÇINI SAYIRLAR. Cəlilabad RİH-də olan etibarlı mənbələrimizdən bizə çatdırılan dəqiq məlumata görə, Əzizovun xanım müavinini gözdən salaraq, vurub öz postundan uzaqlaşdırmaq istəyirlər. Ona qarşı aparılan bu kompaniyanın başında duran isə başçının köməkçisi Malik Şərbətovdur. Bu oyunda Malik Şərbətovun məqsədi isə onun əl quzusu olan Münasib Həsənovu xanımın yerinə gətirməkdir.
P.S. Verdiyimiz məlumatlara inana bilərsiniz. Çünki İcra Hakimiyyəti binasında cərəyan edən bütün oyunbazlıqlar elə, başçının ətrafındakı adamlar tərəfindən operativ şəkildə bizə çatdırılır. Gözdə qulaqda olun, icrada gedən, eşitmədiyiniz digər iyrənc oyunlarla sizləri tez-tez xəbərdar edəcəyik. azel.tv teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq! teref.az