DİLARƏ CƏBRAYILOVA HƏM DEPUTATDIR, HƏM DƏ MƏKTƏB DİREKTORU – QANUN İSƏ BUNU QADAĞAN EDİR

12-10-2016, 14:00           
DİLARƏ CƏBRAYILOVA HƏM DEPUTATDIR, HƏM DƏ MƏKTƏB DİREKTORU – QANUN İSƏ BUNU QADAĞAN EDİR
Sonuncu parlament seçkilərində parlamentə mandat qazanan millət vəkili Dilarə Cəbrayılova ilə bağlı maraqlı fakt ortaya çıxıb. Xanım deputatın saytlardan birinə verdiyi müsahibədən aydın olur ki, o, hələ də 295 sayl məktəbin direktoru vəzifəsində çalışır.
Azinforum.az Dilarə xanımın millət vəkili seçiləndən sonra məktəb direktoru vəzifəsini icra etməsinin qanuni olub-olmadığını ekspertlərlə dəqiqləşdirib. Bizə bildirildi ki, məktəb direktoru postu elmi pedaqoji fəaliyyət sayımadığı üçün, həmin vəzifəni daşıyan şəxs mandat qazanandan sonra tutduğu vəzifədən azad edilməlidir:
“ Məktəb direktoru inzibati vəzifə sayıldığı və təyinatla olduğu səbəbindən Dilarə xanımın mandat daşımaqla yanaşı, həm də 295 saylı məktəbə rəhbərlik etməsi qanunauyğun deyil”.
Azinforum.az olaraq bu mövzu ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, sorğumuza cavab verilmədi.
Mövzuya qayıdacayıq…













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru