6 saylı Bakı peşə məktəbinin fəaliyyəti araşdırılmalıdır
12-10-2016, 17:21
Elektron poçtumuza Zərdab rayonun bir qrup sakinləri şikayət məktubu və fotoşəkillər göndəriblər.Şikayətçilər məktublarında rayonun mərkəzi küçələrində olan antisanitariyanın hökm sürməsini və ciddi təhlükəni göstərirlər.Təqdim edilən fotoşəkillərdən aydın görünür ki, yazılanlar həqiqəti əks etdirir. Narazı vətəndaşlar şikayət məktublarında qeyd edirlər ki ; "Zərdab rayonun mərkəzində yerləşən Zərdabi küçəsində bir neçə yerdə təmizlənməyən zibillik əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib.Bu küçədə bir neçə dövlət idarəsi yerləşir.Öz növbəsində Zərdab rayon İcra Hakimiyyətinin burada yerləşən köhnə binasında hazırda Zərdab Rayon İcra başçısının Zərdab şəhər ərazi nümyəndəsi Hafis Kərimov oturur.Hər gün bu zibilliyin yaxınlığından keçən cavabdeh vəzifəli şəxslər heç bir tədbir görmürlər.Zibilliyə yığışan sahibsiz itlərin sayı isə günü-gündən artır.Bu sahibsiz itlər yaxınlıqda yaşayan insanlar üçün ciddi təhlükə mənbəyirdir.Nəinki gecələr həttda gündüzlərdə bu ərazilərdən keçmək qorxuludur.Həmin itlər dəfələrlə oradan keçən insanlara hücum ediblər.Azyaşlılar isə ümümiyyətlə qorxudan küçəyə çıxa bilmirlər. Müraciət edən Zərdab rayon sakinlərinin digər şiikayət etdikləri ərazi Şahlar Şükürov küçəsindəki zibilliklə bağlıdır. "Bu ünvanda isə 1 №-li litsey yerləşir.Hər gün yüzlərlə azyaşlı bu zibilliyin yanından keçərək məktəbə gedirlər.Sakinlərin dediyinə görə burada da yığışan sahibsiz itlərin sayı hesabı yoxdur.Bu zibilliyə yığışan sahibsiz itlər dəfələrlə məktəbə gedən uşaqlara hucumlar ediblər. Xöşbəxtlikdən yaxınlıqdan keçən sakinlərin müdaxiləsi sahibsiz itlərin usaqlara xəsarətlər yetirmələrinin qarşısını alıb. Hər il dövlət büdcəsindən bu zibilliklərə cavabdeh olan komunal təsərrüfat idarəsinin hesabina kifayət qədər vəsait köçürülür. İdarənin müdürü Natiq Hüseynov bu vəsaiti zibilliklərin təmizlənməsi əvəzinə öz şəxsi hesabına yönəldir.Natiq Hüseynov bu zibilliklərin təmizlənməsı üçün heç bir iş görmür.Hər iki zibilliyin yaxınlığında yaşayan sakinlər dəfələrlə Natiq Hüseynova müraciətlər etsələr də heç bir nəticəsi olmayıb.Bu zibilliklərin təmizlənməsi üçün Natiq Hüseynovdan gözlədikləri köməkdən əllərini üzən sakinlər Allahın ümüdunə qaldıqlarını bildirirlər.Mətbuatdan xahiş edirik ki, bu problemlərimizi ictimailəşdirəsiniz, bəlkə onda rayondakı bu zibilliklərə görə cavabdeh olan Natiq Hüseynov cəzalandırılacaq və bundan sonra bir tətbir görülər.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dər etməyə hazırıq…
regionxeberleri