2016-nın qalmaqallı başçıları: İlqar Abbasov da gedir
14-10-2016, 11:30
Referendumdan sonra bəzi icra başçılarının yola salınacağı haqda xəbərlər yayılmaqdadır
Verilən özəl məlumata görə, siyahı üzrə iş gedir.
Mənbən bildirib ki, 2016-cı ildə özünü yaxşı tərəfdən göstərə bilməyən, haqqında müxtəlif xəbərlər çıxan, sakinlərin ən çox şikayət etdiyi etdiyi regionların icra hakimlərinin statistikası hazırlanır.
Prezident masasına qoyulacaq siyahıda ilkin olaraq bir neçə nəfərin adı keçir. Əldə etdiyimiz xəbərə görə, qovluqda Bakının Suraxanı rayon icra başçısının da adı var.
Məlumatda deyilir ki, İlqar Abbasovun başı xeyli vaxtdır dərddədir.Onun bir neçə ay qabaq qeyri-rəsmi məclislərin birində söylədiyi sözə görə postunu itirmək təhlükəsi sovuşmayıb.
İcra başçısının dedikləri yuxarı dairələrdə qəzəblə qarşılanıb. Yada salaq ki, İ.Abbasov həmkarlarından birinin nəvəsinin ad günü məclisində iştirak edib.
Orada mətbuatın məmurlardan yazmasından şikayətlənərək "Guya ölkə rəhbərliyi bilmir ki, biz nə edirik” deməsi mediaya sızıb və ajiotaj doğurub.
Bundan sonra Suraxanı rayon rəhbərinin başı üzərində qara buludlar dolaşmaqdadır.
Mənbənin qeydlərinə görə, İ.Abbasov həmkarlarına təsəlli verərək mətbuatın yazdıqlarına əhəmiyyət verməməyə çağırmışdı. Artıq Prezident Administrasiyasında araşdırmalar aparılır.
Rayonun Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub.
Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir.
Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev rayon icra başçısının torpaq biznesində mühüm kadrı hesab olunur.Bakının bu qəsəbəsi sanki torpaq satışı üçün salınıb.
Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb.
Xatırladaq ki, İ.Abbasov bunları demişdi: "Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir.
Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?”.
Qarşı tərəfi dinləməyə hazırıq.
politika