Şirvanda yerləşən 20 nömrəli məktəbin direktoru bufetlə sinif otağını səhv salır?

15-10-2016, 00:04           
Şirvanda yerləşən 20 nömrəli məktəbin direktoru bufetlə sinif otağını səhv salır?
Şirvan şəhərində yerləşən 20 nömrəli məktəbdə baş verənlər Təhsil Nazirliyinin diqqətinidən kənarda qalıb.
Məktəbdə tədrisin keyfiyyətinin, şagirdlərin dərsə davamiyyətinin aşağı olması ilə yanaşı bir sıra xoşagəlməz məqamlar yaşanır. Bu isə məktəbin direktoru Əyyub müəllimin birbaşa nəzarəti altında baş verir. Gundelik-baku.com-a verilən məlumata görə direktor Əyyub müəllim nədənsə tez-tez məktəbin bufetində görünür.
Hətta deyilənlərə görə, bufetə gələrkən məktəbin bütün işlərini belə unudur. Çünki büfetçi Dünya xanımla direktorun şirin şöhbəti nəticəsində həm yeməklərin bişmə vaxtı ötür, həm də dərsdə olan müəllimlərin tənəffüs vaxtınının müəyyənləşməsi yaddan çıxır. Biz deyə bilmərik bufetdə hansı müzakirələr aparılır. Amma onu bilirik ki, direktorun bufetdə tez-tez görünməyi kollektiv arasında narazılıqlara səbəb olur. Onu da bildirək ki, həmin vaxtlarda şagirdlərin səs-küyü məktəbi bürüyür. Hətta dərsdən yayınmalar da, həmin saatlarda baş verir. Görəsən, direktor bufetdə olan vaxtlarda nazirlikdən yoxlama gələrsə, Əyyub müəllim vəziyyətdən necə çıxar? Məsələnin bu tərəfini növbəti yazılarımızda incələyəcəyik.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.