Etiraza səbəb olan rəisin reyd keçirdiyi plonkalı, pərdəli avtomobil - FOTO
16-10-2016, 22:29
Dünən Göyçay rayonunda sakinlərin etirazına səbəb olmuş yeni təyin olunan yol polis bölməsinin rəisi Vüqar Qasımovla bağlı maraqlı faktlar ortaya çıxıb. teref.az yazır ki, rayon sakinlərinin criminal.az saytına verdiyi məlumata görə, V.Qasımov reyd keçirdiyi avtomobil qanunun tələblərni kobud şəkildə pozur.
Onun reyd keçirdiyi avtomobil yol hərəkəti qaydalarını son vaxtlar 26 dəfə pozub, üzərində 2000 manatdan çox MMX cəriməsi var. DYP əməkdaşları elektron sorğu ilə yoxlayıb bildiriblər ki, həmin avtomobil radar, təhlükəli dönmə manevrləri, avtoxuliqanlıq və s. kimi hallara görə kameralara düşüb. Barəsində elektron protokol tərtib edilib.
Sakinlər iddia edir ki, avtomobil onun öz adına deyil, amma 10 gündən artıqdır ki, həmin avtomobillə reyd keçirir.
''Yüzlərlə foto və video kadr var, özü də bu halı təkzib etmir. Məsələn hərəkətdə olmayan BMW X-5 markalı 23 BL 090 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nömrəsi salonda olduğuna görə saxlandığı yerdən DYP Bölməsinin əməkdaşları tərəfindən polis şöbəsinin cərimə duracağına aparılıb. Maşının sahibi buna etiraz edib və çıxılmaz vəziyyətdə qalan polislər onun qohumunu çağırıb inzibati xəta haqqında protokola imza atdırıblar. Sonra avtomobili qohumuna təhvil veriblər.
Avtomobilin sahibi isə hesab edib yəqin maşın cərimə olunmadan buraxılıb. Protokol 476534 nömrəli 08 10 2016-cı il tarixli. Avtomobilin sahibi Qədirov Emin Məhəmmədəli oğlu. Yeznsəi Coşğun Ömərova protokolu tərtib edib. YPX-nin baş serjantı Ağayev Vüqar Bəxtiyar oğlu hərəkətdə olmayan avtomobili avtomobil sahibinin mağazasının önündən cərimə duracağına aparıblar. 100-lərlə avtomobili ya əsassız cərimə edirlər, ya da cərimə duracağına yerləşdirilməsinə lüzum olmasa da zorla alıb aparırlar. Etiraz edənləri susdurmaq üçün üzlərinə dururlar ki, avtoxuliqansan...''-deyə deyə sakinlər bildirir.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə açıqlamasında yayılan informasiyaların həqiqətə uyğun olmadığını, məsələnin mahiyyətinin qəsdən təhrif olunmuş və şişirdilmiş şəkildə təqdim olunduğunu bildirib. O, qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq reydlər keçirilir:
“Bu rayonda həmin reydlərin keçirilməsini şərtləndirən əsas amillər sırasında son vaxtlar sürücülük hüququ olmayan şəxslər tərəfindən 3 piyadanın ölümü ilə nəticələnən yol qəzasının törədilməsini və Bakı-Yevlax-Şamaxı magistral yolunun üstündə yük avtomobillərinin qanunsuz park edilərək hərəkətə maneçilik törətməsini misal göstərmək olar”.
teref.az