Heydər Əsədovun Göyçaydakı adamlarına qarşı ittiham - "...bu, ciddi qanunsuzluq, korrupsiya əməlidir"

17-10-2016, 12:18           
Heydər Əsədovun Göyçaydakı adamlarına qarşı ittiham - "...bu, ciddi qanunsuzluq, korrupsiya əməlidir"
teref.az - nun elektron poçtuna Göyçay rayonu Atatürk küçəsi ev 32 sakini Qarayeva Fatma Qara qızı şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

"Göyçay Zona Baytarlıq labaratoriya İdarəsinin direktoru Kərəm Babayevlə , Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Ağayev əlbir olub saxtakarlıqla məni 29 il nöqsansız çalışdığım işimdən ixtisar ediblər ki, bu ciddi qanunsuzluq, korrupsiya əməlidir.1987-ci iul tarixdə Zaqatala Kənd Təsərrüfatı Texnikumunun zootekniklik fakultəsni bitirib həmin ildən Göyçay Baytarlıq Labaratoriya İdarəsinin sereloji şöbəsində labarant vəzifəsinə işə qəbul olunmuşam.29 il bu vəzifədə nöqsansız çalışmışam.02 fevral 2016-cı il tarixdə Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliklə əlaqədar direktor Kərim Babayev mənə bildirdi ki, bizim idarənin 3 şöbəsi Ucar rayonunda yeni yaradılmış İdarəyə köçürüləcək və bir sereboloji şöbə isə Göyçay Baytarlıəq İdarəsində yeni yaradılmış diaqnostika kabinetinə keçiriləcək.Bunun üçün sən Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevə pul verməlisən.Mən buna etiraz etdim deyə, heç bir əsas səbəb olmadan idarəmiz ləğv olunmamış məni ixtisar adı ilə işdən tam qanunsuz olaraq çıxartdılar.Bunu isə korrupsiyaya qurşanmış Kərəm Babayevlə Ağadadaş Hacıyev planlı şəkildə etdilər ki, struktur dəyişikliklə əlaqədar əmrlə ləğv edilmiş idarədə adları göstərilən işçi siyahısında mən olmayım və orada adı olan Asudə İsmayılovanı işə götürsünlər.Belə də oldu sereboloji analizlərdən heç bir anlayışı təcrübəsi olmayan Asudə İsmayılovanı mənim yerimə işə götürdülər.Çünki Asudə İsmayılova bu korrupsioner vəzifəli şəxslərin istədikləri pulu onlara verə bilib.Asudə İsmayılova orta ixtisas təhsili olsada Kərəm Babayevin himayəsi ilə 6 il labaratoriyanın virusologiya şöbəsində həkim işləyib.Mənim əmək hüquqlarımı pozan bu korrupsioner cütlüyün bütün fəaliyyəti qanunsuzluqla davam edib.Biz zərərli kimyəvi maddələrlə daimi işlədiyimiz üçün bizə əmək haqqından əlavə hər ay verilən ərzaq pulunu Labaratoriya İdarəsinin direktoru Kərəm Babayev və Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev mənimsəyiblər bizə verməyiblər.Kərəm Babayevin həyat yoldaşının adı idarədə xadimə kimi işdə getsədə heç vaxt işə gəlməyib.İdarədə işlədilməsi üçün dəftər ləvazimatını öz pulumuzla almışıq, ödənişlə edilən sifarişli analizlərin pulunun 50 %-i Kərəm Bbayev dövlət büdcəsindən yayaındırıb özü mənimsəyir. Ağadadaş Hacıyevdə ixtisası baytarlığa aid olmayan oğlu Mehmanı İdarəyə aparıcı həkim təyin etdirib, gəlini Elnarənin isə adı xadimə kimi qeyd edilsədə idarənin yolunu belə tanımır.Bu korrupsioner cütlük Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev və Göyçay Zona Baytarlıq Labaratoriyasının direktoru Kərəm Babayevin talançılığı nəticəsində hər il dövlətə küllü miqdarda zərərlər dəyir.Prezident cənab İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün mütərəqqi adddımlar atır sərəncamlar imzalayır ancaq yerlərdə həmin sərəncamların icrasına belə korrupsioner yaramaz məmurlar maneə olub öz şəxsi maraqlarına görə cinayət əməlləri ilə məşğul olurlar.Mənə qarşı edilən bu qanunsuzluqlar və adlarılnı çəkdiyim vəzifəli şəxslərin korrupsiya əməlləri barədə məlumat vermək üçün 28 oktyabr 2016-cı il tarxidə Kənd Təsərrüfatı Naziri cənab Heydər Əəsdovun Zərdab rayonunda keçirəcəyi qəbula gedəcəyəm.Şəxsən Nazirə bu barədə məlumat verəcəyəm.Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə və Nazir cənab Heydər Əəsdova müraciət edib xahiş edirəm qanunsuz çıxarıldığım işimə bərpa edilməyimə köməklik göstərəsiniz və Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevin və Göyçay Zona Baytarlıq Labaratoriyasının direktoru Kərəm Babayevin korrupsiya cinayətlərini şəxsən araşdırıb onların barəsində qanunu tədbirlər görəsiniz".

teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.