“Citynet” müştərisi olmayandan da pul alır - BAX BELƏ...

15-03-2025, 11:26           
“Citynet” müştərisi olmayandan da pul alır - BAX BELƏ...
"Şikayətim "Citynet" internet provayderindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elman Paşasoy adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "3-4 gün öncə İPTV-ni ləğv edilməsi üçün müraciət etmişəm. İndi sms gəlib ki, 25+6(iptv) pulunu da ödəməlisiniz.

"Qaynar xətT"lərinə zəng vurmuşam ki, mən niyə tv-nin pulunu ödəməliyəm ki? Cavab verirlər ki, cihazı siz müraciət edən gündən 5 gün ərzində götürməyiblər deyə...

Bilmirəm mən bunlara kuryerlik də etməliyəm ki?

Deyirəm ok, onda TV-ni söndürün də ordan, deyir mümkün deyil. Niyə? Qoşanda 1 dəqiqəyə qoşursunuz, söndürəndə Mingəçevirə gedirsiniz?

Operator da robotsayaq eyni şeyləri təkrarlayır. Nə vaxt düzələcək bunlar?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru