Neftçala rayon icra hakimiyyətinin başçısı-PREZİDENTƏ QARŞ
19-10-2016, 09:14
Prezident İlham Əliyevin ölkədə sahibkarlığa əlverişli şərait yaradılması istiqamətində gördüyü işlər məmurlar tərəfindən sobataj edilir. Neftçala rayonu icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin Lerik fermerlərinə qarşı atdığı qanunsuz addımlar da onu deməyə asas verir ki, prezidentin nümayəndəsi məhz prezidentin qərarlarına qarşı çıxır.
Daxil olan məlumatlara görə, Neftçala rayonu icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev dövlət başçısının verdiyi tapşırıqların əksinə gedərək, fermerlərə sərt xəbərdarlıq edib.
Belə ki, İsmayıl Vəliyev Lerikdən olan fermerləri Neftçalaya buraxmayacağı ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda İsmayıl Vəliyev lerikli fermerləri Neftçala ərazisindəki ərazilərindən istifadə edə bilməyəcəklərini açıq hədə şəklində bildirib.
Qeyd edək ki, hələ sovet dövründə Lerik rayonindakı sovxoz və kolxozların mal-qarasının qış aylarında otarılması üçün Neftçala ərazisində örüşləri olub. SSRİ dağılandan sonra həmin ərazilər lerikli fermerlər tərəfindən istifadə edilirdi. İndiyədək lerikli fermerlərə Neftçala ərazisində heç bir problem yaradılmamışdı.
Hazırda Lerik ərazisinə yağan qarın fonunda fermerlərin Neftçalaya buraxılmaması onları çox çətin bir vəziyyətdə qoyub və mal-qaranın tələf olmaq təhlükəsi var. Sözügedən fermerlər minimum 300-500 xırdabaşlı heyvan təsərrüfatına sahibdirlər. Nefçtala ərazisində torpaq ərazisi olan lerikli fermerlərin sayı isə yüzlərlədir.
Görünür, prezdentə qarşı getməklə fermerləri Neftçalaya buraxmaması qərarı verən İsmayıl Vəliyev hansısa qüvvələrə arxayındır. Əks təqdirdə qışlağı "qışın oğlan çağında" fermerlərin üzünə bağlamazdı.
Oxucuların nəzərinə çatdıraq ki, Neftçala rayonu ilə bağlı redaksiyamıza daxil olan şikayət məktubları, xüsusən də Lerik fermerlərinin şəxsən Neftçala rayon icra hakimiyyətinin başçısı icra İsmayıl Vəliyev tərəfindən incidilməsi yaxın günlərdə ictimailəşdiriləcək.
Bizi izləyin!
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.