Kamal İbrahimov “Qala Həyat”dan nə qədər qazanır? -Rəqəmlər
Bu gün, 16:05
2024-cü il üzrə “Qala Həyat” sığorta şirkəti səhmdarlarına dividend elan edib.
“Yeni Sabah” xəbər verir ki, həyat sığorta şirkəti səhmdarların 9,66 milyon manat dividend ödəyib. Bu isə 2023-cü ilə nisbətən 29% çoxdur. Belə ki, “Qala Həyat” 2023-cü ildə səhmdarlarına 7,5 milyon manat dividend ödəyib.
Qeyd edək ki, şirkətin səhmlərinin 10%-i Direktor Şurasının sədri Kamal Mirsahib oğlu İbrahimova məxsusdur. Bu isə o deməkdir ki, K.İbrahimovun həyat sığorta şirkətindən əldə etdiyi dividend ötən il 966,4 min manat olub. Bu isə 2023-cü ilə nisbətən 29% çoxdur. Elan edilmiş dividend həcminə görə, DŞ sədri əvvəlki il üzrə 750 min manat gəlir əldə edib. Başqa sözlə, onun iki ildə əldə etdiyi dividend 1,7 milyon manatdan çox olub.
Xatırladaq ki, Kamal İbrahimov “Qala Həyat”la yanaşı, “Qala Sığorta” şirkətinin də Direktorlar Şurasının sədridir. O həmçinin, “Baku Steel Company”nin baş direktorudur.