Deputat qardaşı qadını təhqir etdi - “Abşeron Citydən” -ŞİKAYƏT
19-10-2016, 09:39
"Abşeron City” yaşayış kompleksində yaranmış problemlə bağlı redaksiyamıza ünvanlanan şikayət məktubunu təqdim edirik:
"13. 10. 2016 cı il tarixində Xırdalan şəhərində yerləşən "Abşeron City” yaşayış kompleksində, mənzilimə 1 ildir yağış suları axmasının qarşısının alınması üçün MTK nın işçilərindən 13. 10. 2016 cı il tarixində problemin həll olunmasını üçün müraciət etdim. Lakin "Abşeron City” yaşayış kompleksinin orada olan müdiri tərəfindən təzyiq gördüm. Belə ki, MTK-nın müdiri Şahin Mirkişili Famil oğlu mənə qarşı kəskin qeyri etik davranaraq-söyüş, təhqir və fiziki güc tətbiq etdi. Mən ona bildirəndəki, satdığınız evin dam örtüyündən yağış içəriyə girir və evi su basır. O , isə cavabında məni pis söyüşlərlə təhqir edib üstümə hücüm çəkib, döydü. Mən onun əlindən çıxmaq istəyəndə 2 mühafizəçisi qollarımı tutaraq burdular. Bir təhər oradan uzaqlaşmağa çalışdım o, isə məni təhqir etməyə davam edirdi. Şikayət edəcəyimi bildirdikdə o məni ölümlə hədələyərək bildirdi ki, ”mənim qardaşım Sumqayıt şəhərinin deputatıdır, mənə kim nə edə bilər?”. Oradan çıxdıqdan sonra polisə müraciət edib başıma gələnləri danışaraq şikayət etsəm də, heç bir nəticəsi olmadı.
Şikayətçi Hüseynova Elnara Vidadi qızı iddia edir ki, 42 saylı Sumqayıt 2-ci seçki darəsindən seçilmiş millət vəkili Mirkişli Tahir Famil oğlu onun qardaşıdır və o, onun adından istifadə edərək yeri göyü hədələyir”.
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.
miq.az