Ceff Bezos Melaniya Trampa 28 milyon dollar verdi

21-03-2025, 15:48           
Ceff Bezos Melaniya Trampa 28 milyon dollar verdi
Amerikalı sahibkar Ceff Bezosa məxsus olan "Amazon Prime Video" platforması ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında çəkilmiş filmə görə ölkənin birinci xanımına 28 milyon dollar ödəyib.

Bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, platforma M.Tramp barəsində sənədli filmə görə 40 milyon dollar ödəyib: "Bu məbləğin təqribən 28 milyon dolları birbaşa birinci xanıma ayrılacaq".

Qəzetin məlumatına görə, bu qərarı C.Bezos ABŞ liderinə münasibətdə strategiyasına əsaslanaraq qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru