Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..

Bu gün, 10:56           
Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..
"ABB, adında "beynəlxalq" sözü olan bank belə xidmət edər?" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
"Kredit müraciəti edən vətəndaşa səhər tezdən zəng gəlir, həmin vaxt insan hər hansı səbəbdən zəngi cavablandıra bilmir. Sonra zəngi görür və geridönüş edəndə məlum olur ki, bank nömrəsidir və zəng qəbul etmir. Sonra gün ərzində telefonu əlindən yerə qoymasa da təkrar zəng gəlmir, yeni müraciətdə isə 10 gün sonra yenidən müraciət edə biləcəyi barədə bildiriş alır. 10 gün sonra da bayram günlərinə düşür.

İndi zəhmət olmasa deyin bilək, sizə müraciət edəndən sonra zəng gələnə qədər müraciət edən şəxs ayaqyoluna, hamama gedəndə də telefonu əlindən yerə qoymamaq şərtilə özü ilə götürsün, yoxsa təkrar zəng ediləcək? Açıqlama verin ki, insanlar ona görə işlərini bilsinlər..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.