Dövlət Gömrük Komitəsinə əl gəzdiriləcək - Böyük mənimsəmə faktı ifşa olunub...

19-10-2016, 13:07           
Dövlət Gömrük Komitəsinə əl gəzdiriləcək - Böyük mənimsəmə faktı ifşa olunub...
Bu yaxınlarda Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyində kadr islahatları aparılacaq. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər qaynaq informasiya verib.

Məlumatda deyilir ki, gözlənilən kadr islahatı zamanı təkcə DGK rəhbəri Aydın Əliyev deyil, onun müavinləri də işdən atılacaq.

Mənbənin dia.az-a söylədikləri: "Araşdırmalar nəticəsində Aydın Əliyevin, habelə onun müavinlərinin, xüsusən də DGK sədrinin birinci müavini vəzifəsində 10 ildən artıq çalışan Səfər Mehdiyevin böyük yeyintiyə yol verdikləri aşkarlanıb ki, bu mənimsəmə faktından "yuxarılar" yalnız təftişdən sonra xəbər tutublar.

Hazırda DGK rəhbərliyinə heç bir etimad yoxdur və konkretləşmənin ardından sərt addımlar atılacaq. Hətta cəzalananlar da ola bilər".

Mənbəmiz onu da əlavə edib ki, eyni zamanda DHK-nin bir neçə rayondakı gömrükxanalarında da yoxlamalar aparıla bilər: "Bunu yaxın zamanlarda görəcəyik".

teref.az olaraq Gömrük Komitəsinin fikirlərini dinləməyə hazırıq!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru