“Starlink” Gürcüstan və Erməınistanla müqaisədə bizdə qiymətlər ucuzdur

31-03-2025, 16:14           
“Starlink” Gürcüstan və Erməınistanla müqaisədə bizdə qiymətlər ucuzdur
“Starlink” peyk interneti artıq Azərbaycan üçün aktiv edilməsi yaxşı xəbərdir, məni pozitiv mənada təəccübləndirən məsələ həm də qiymətlər oldu - ən azından Gürcüstan və Erməınistanla müqaisədə bizdə qiymətlər ucuzdur.
Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün “Starlink Mini Kit” və ya “Starlink Standard Kit” cihazlarından birini əldə etməlidirlər. Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır. Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib.
Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat).
Ermənistanda cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollardır (168 manat).
P.S. Ümid edirəm ki, bu yazıdan sonra Azərbaycanda qiymət artırmazlar, hərçənd, bizimkilərdən nə desən gözləmək olar...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru