Genetik Ehtiyatlar İnstitutunda nə baş verir? – Ağacları niyə kəsirlər… FOTO

1-04-2025, 10:34           
Genetik Ehtiyatlar İnstitutunda nə baş verir? –
“Genetik Ehtiyatlar İnstitutundakı 60-70 illik ağacları kəsib yerində yarımstansiya tikirlər”.
TEREF Musavat.com istinadən xəbər verir ki, belə bir iddia ilə Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yaşayan sakin Ramin Məmmədzadə saytımıza müraciət edib. O bildirib ki, bu ilin fevral ayında 13 ağac kəsilərək məhv edilib:
“Biz sakinlər bunun qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin nümayəndələri həmin yerə gəldilər və müdaxilə etdilər. Nəticədə ağacların kəsilməsi dayandırıldı.
İnstitutun həyətində dünəndən yenidən qazıntılara başlayıblar. “Azərişıq”ın nümayəndələri oraya gəlmişdilər. Biz sakinlər onlara bildirdik ki, yarımstansiya tikilirsə, bu yaşayış yerindən 500-1000 metr uzaqlıqda olmalıdır. Onlar isə bizi təkzib etdilər və dedilər ki, 10 metr uzaqlıq kifayətdir. Bəs bu stansiyanın şüasını nəzərə almırlar? Bu stansiya Nərimanov, Nəsimi və Binəqədi rayonunu işıqla təmin edəcək. Amma yaxınlıqda yaşayan sakinlərin həyatı təhlükəyə atılır. Eyni zamanda ağacların məhv edilməsi ilə təbiətə ziyan vururlar”, -deyə R. Məmmədov bildirib.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru