Azərbaycan banklarının xalis xarici aktivləri 16 %-ə yaxın artıb

7-04-2025, 17:14           
Azərbaycan banklarının xalis xarici aktivləri 16 %-ə yaxın artıb
Bu ilin martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 543,5 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 7,3 %, ötən ilin martın 1-nə nisbətən 15,6 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 18 milyard 131,1 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 5,1 % çox, ilin əvvəli ilə müqayisədə 8,8 % az, ötən ilin eyni dövrünə nisbətən 9,7 % azdır.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru