Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb

7-04-2025, 17:34           
Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb
Bu il martın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 46 milyard 674,7 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,4 %, ilin əvvəlinə nisbətən 0,4 %, ötən ilin eyni dövrünə nisbətən 4,3 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 35 milyard 436,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 2 % çox, ilin əvvəli ilə müqayisədə 3,3 % az, ötən ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 28 milyard 155,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 5 % az, ötən ilin eyni dövrünə nisbətən 1,7 % azdır.

Martın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 15 milyard 550,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,7 % çox, ilin əvvəli ilə müqayisədə 1,9 % az, ötən ilin eyni dövrünə nisbətən 2 % çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru