Bakıda bu evlərin altından neft çıxır - Video

21-10-2016, 09:30           

Bu evlərin altından neft çıxır, üstəlik, ərazidə heç bir boru da yoxdur.

Axar.az xəbər verir ki, Xəzər Xəbər-in təqdim etdiyi görüntülər Sabunçu rayonu Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsindəndir. Ərazidə yerləşən 10-dan artıq həyətdən neft çıxır. Bəzi evlərin zirzəmisi neftlə dolub və sızaraq həyətə çıxır. Neft qoxusundan evdə oturmaq mümkün deyil.

Sakinlərin sözlərinə görə, 1 ildən artıqdır ki, həyətlərdə bu cür vəziyyət hökm sürür.

Sakinlər deyir ki, neft quyularından çıxan çirkab suyun axıdılması üçün nəzərdə tutulan göl qurudulub və həmin vaxtdan həyətlərdən qrunt suları və neft üzə çıxmağa başlayıb. Həyətdəki əksər ağaclar quruyub və ərazi həşəratların məskəninə çevrilib.

Məsələ ilə bağlı Zabrat ərazi icra nümayəndəsi və ərazinin icarədarı olan "Balaxanı Oil Company"nin nümayəndələri də həyətlərə baxış keçiriblər.

Ərazidə neft hasilatı ilə məşğul olan şirkətin nümayəndələri isə bildiriblər ki, oradan heç bir neft borusu keçmir. Araşdırılma aparıldıqdan sonra problemin həlli istiqamətində lazımi tədbirlər görüləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru