Sabunçu şefinin FƏTÖ-çuya satdığı yeri kim yağmaladı?

21-10-2016, 09:41           

Sabunçu rayon icra başçısı Bakıxanov stansiyasını tamamilə satdı; Adil Vəliyev qəsəbənin mərkəzindəki köhnə "Razin” stansiyasının yerini ticarət mərkəzinə qurban verdi...

Bu barədə Politika.Az-a qəsəbə sakinləri məlumat verib. Onların sözlərinə görə, həmin ərazidə müasir bir dayanacaq yaratmaq planı olub.

Ancaq icra başçısı ticarət mərkəzini üstün tutub. Bir müddət əvvəl ərazidə avtobuslar dayanırdı, köşklər fəaliyyət göstərirdi.

Stansiyanın sahmana salınması üçün buldozer qabağına verildi və təmizləndi. Ümid olundu ki, icra başçısı abadlıq işlərini həyata keçirir və daha müasir bir dayanacaq tikiləcək.

Əfsus ki, A.Vəliyev stansiyanı bazara döndərdi. Hazırda orada nəhəng bir tikili ucaldılıb. Ümumiyyətlə, burada dayanacaq artıq yoxdur. Hər gün onlarla avtobusun dayandığı ərazi dayanacaqsızdır.

İddialara görə, əvvəl burada "Rahat” market açılması nəzərdə tutulub. Hətta tezliklə açılacağı barədə elan verilib. Bu marketlərin Fətullah Gülənçi Elnur Aslanova aid olduğu deyilirdi. Sonra şəbəkə keçmiş PA rəsmisinin əlindən alınıb.

Artıq bu elanlar da həmin binanın qarşısından yığışdırılıb. İddialara görə, A.Vəliyevin E.Aslanova verdiyi əraziyə başqası sahiblənib.

Son xəbərə görə, tikinti getdikcə böyüyür və parkın ərazisinə girməkdədir. Bakıxanov stansiyasında isə sərnişinlər üçün bir normal dayanacaq yoxdur.

Ümumiyyətlə, A.Vəliyev Sabunçu rayon icra başçısı olduğu vaxtdan ərazilər satışa çıxarılıb. Amma yağışlı günlərdə Sabunçu vağzalındakı biabırçı vəziyyət barədə RİH-nin bir açıqlaması da yoxdur, baş görünür, başqa işlərə qarışıb.
Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.