Deputatın şirkətindən ŞİKAYƏTLƏR DURMADAN ARTIR... - "Embawood”a hansı cəza kəsilməlidir ki?

Bu gün, 16:21           
Xatırladaq ki, bir neçə gün əvvəl Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən mebel istehsalı ilə məşğul olan "Embawood” MMC barəsində inzibati xəta protokolu tərtib edib. Bu barədə "DİA-AZ"-a Agentlikdən verilən məlumatda deyilirdi ki, şirkət qüsurlu malın geri qaytarılmasından imtina edib və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib, bununla da, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci bəndinə (Satılmış malların dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması) və 447.0.9-cu bəndinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) xətalar törədib.

Amma görünəni odur ki, deputat Məşhur Məmmədova aid olduğu deyilən "Embawood” MMC nəinki səslənən RƏSMİ İRADDAN nəticə çıxarmır, əksinə... elə əvvəlki ampluasında - müştəriləri dolamağında davam edir. Elə "Müştəriyəm şikayətim var" sosial qrupundakı paylaşımında da Xəzər Əkbərli adlı istifadəçi məhz bundan gileylənir. "DİA-AZ" narazı vətəndaşın açıqlamasını təqdim edir:

"Bu ilin Yanvarın 3-də "Embawood”un inşaatçılar filialından mətbəx mebeli sifariş vermişik. Fevralın 22-si gətiriblər, quraşdıranda gördük ki, orta qapılar ayrı-ayrı rəngdədir.

Apardılar 10 gün sonra yenisini gətirdilər. Yenisinin də qabığı qopuq-qopuq. Təzədən aparıblar.

Yarımçıq vəziyyətdə qoyub gediblər. Üstəgəl də hər dəfə gah petlə, gah da rəf taxtası əskik gəlir.

Artıq 3 ay olub hələ də mebeli tam təhvil verməyiblər.

Guya son tarix bu gün (dünən nəzərdə tutulur -red.) idi, xəbər yoxdur. Zəngə də cavab vermirlər..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.