Belə getsə, mollalar da toylarda yarım saat oxuyan müğənnilər kimi edəcəklər, gəlib yarım saat moizə, mərsiyyə oxuyub gedəcəklər.

Bu gün, 00:01           
Belə getsə, mollalar da toylarda yarım saat oxuyan müğənnilər kimi edəcəklər, gəlib yarım saat moizə, mərsiyyə oxuyub gedəcəklər.
Hamı bilir ki, Allah Şükür Paşazadə böyük biznes sahibidir. Şeyxülislamın varidatı ölkənin hüdudlarını aşır.
Qafqaz Müsəlmanları İdarəsi rəisinin kurort şəhəri Karlovı Varıda da istirahət obyekti var. Şeyximizin fərasəti çoxşaxəlidir. Nəzir qutularından başqa dəmir-dümür, meyvə-tərəvəzdən də pul çıxardır. Ölüdən də, diridən də pulu gəlir.
Əsas gəlir mənbələrindən biri də Təzə Pir Məscididir. Son illər toy mərasimlərində olduğu kimi yas mərasimlərində də əndazəni aşırlar. Süfrədə nə desən tapmaq olur. Hətta sifarişlə fərqli menyular da təşkil edirlər.
Bir sözlə, ölkədə bir yas biznesi var və onun da başında Qafqaz Müsəlmanları İdarəsi durur. Təzə Pir məscidinin böyük mərasim evi var. Evin bir neçə mərtəbəsində hərəsi 300, 400, 500 nəfər tutan zalları var. Gündəlik külli miqdarda qazanc götürürlər.
O qədər şirnikləniblər ki, indi yas mərasiminin keçirilməsi üçün 2 saat məhdudiyyət qoyublar. Yəni, iki saat içində molla yasinini oxumalı, dual edilməli, ağlamalı, ehsan yeyilməlidir.
Ölü sahibi bilməyəcək dərdini çəksin, yoxsa dar vaxtda bütün bunları çərçivəyə sala bilsin. Belə getsə, mollalar da toylarda yarım saat oxuyan müğənnilər kimi edəcəklər, gəlib yarım saat moizə, mərsiyyə oxuyub gedəcəklər.
Sima Babayeva
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.