Bakı Konqres Mərkəzində təmirin nə zaman yekunlaşacağı bilinmir - Alınmış biletlər necə olacaq?

Bu gün, 00:07           
 Bakı Konqres Mərkəzində təmirin nə zaman yekunlaşacağı bilinmir -
"Bakı Konqres Mərkəzində texniki səbəblərlə əlaqədar qısa müddətli təmir işlərinə başlanıb. Təmir prosesinin nə zaman başa çatacağıı bilinmir".

Bu barədə Bakı Konqres Mərkəzindən Teleqraf-ın sorğusuna cavabda bildirilib.

Qeyd edilib ki, mərkəz müvafiq təmir işləri bitəndən sonra fəaliyyətinə davam edəcək.

Mərkəzdən bildirilib ki, tədbirlərin biletləri ilə bağlı məsələyə "İticket" şirkəti aydınlıq gətirilə bilər.

"İticket" şirkətindən isə deyilib ki, Bakı Konqres Mərkəzində təmir müddətində planlaşdırılmış tədbirlərin bilet pulları geri qaytarıla bilər.

"Tədbirlərin təxirə salınması, tarixinin dəyişdirilməsi və ya tədbirlərdən imtina olunması variantları təşkilatçılardan asılıdır. Şirkətimiz tərəfindən hansı tədbirin dayandırılması və ya tarixinin dəyişdirilməsi haqqında məlumat veriləcək. Məsələn, tədbirin yalnız tarixi dəyişdirilibsə, alınmış biletlər keçərli olacaq. Əgər yeni tarix bilet alıcını qane etmirsə, biletləri geri qaytara bilərlər. Biletlərin tam məbləği alıcıya qaytarılacaq", - deyə məlumat verilib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində texniki səbəblərlə əlaqədar qısa müddətli təmir işlərinə başlandığı elan olunub. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb. Aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur.

Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.