"Dövlət bu cür müavinətlərin marağında olmalıdır" — Uşaqpulu yenidən GÜNDƏMDƏ

9-04-2025, 08:14           
"Dövlət bu cür müavinətlərin marağında olmalıdır" —
Bu gün Azərbaycan əhalisinin 99 faizi “uşaqpulu” istəyir. Bu sahədə müəyyən müsbət siqnallar var. Milli Məclisin deputatı Razi Nurullayev Modern.az-a müsahibəsində deyib ki, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra üçuşaqlı ailələrə “uşaqpulunun” verilməsinə başlanılacaq. O qeyd edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı gözlənilir. Bu pul üçuşaqlı ailələrə veriləcək.

Bununla bağlı Lalə Mehralı Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, bu günə qədər bir neçə dəfə bu məsələ olub, müzakirə olunub və mənfi nəticələnib:

“Verilənədək bunun reallaşacağına o qədər də əmin deyiləm. Gələcək zaman göstərəcək ki veriləcək, yoxsa verilməyəcək. Biz çoxdan bunun təbliğatına aparırıq ki, uşaq pulu məsələsi gündəmə gətirilməlidir. Çünki ölkə əhalisinin sayının artmasına ehtiyac var. Doğum nisbəti aşağı düşür, insanlar nikahda maraqlı deyil, cırtdan ailələrin sayı artır. Nikah bağlayan insanlar belə dünyaya uşaq gətirmək istəmirlər. Təşviq etmək, ölkə əhalisinin sayını artırmaq naminə bu məsələdə bir prioritet olmalıdır ki, insanlar nəsil artırmanın və dünyaya uşaq gətirməninin marağında olsunlar. Çoxuşaqlılıq meyyarı ilə bağlı da ciddi müzakirələrə ehtiyac var. Çünki ölkədə 6 uşağı olan insanlar çoxuşaqlı sayılır və bu da ölkə əhalisinin çox az hissəsini əhatə edir. Odur ki, çoxuşaqlılıq məsələsində də o meyarlara diqqət salınmalıdır. Ümumiyyətlə, uşaqpulu və çoxuşaqlılığa görə ayrılan müavinət məsələsi ailələr üçün əlavə gəlir yeri olmaqla yanaşı, uşaqların sosial təminatı da deməkdir. Ona görə dövlət bu cür müavinətlərin marağında olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru