Azərbaycanda evakuatorda daşınan avtomobil cərimələndi

9-04-2025, 15:14           
Azərbaycanda evakuatorda daşınan avtomobil cərimələndi
Azərbaycanda evakuatorda daşınan avtomobil cərimələnib.
Bu barədə aparıcı və bloger Fərid Rəsul bildirib.

F.Rəsul bildirib ki, ona məxsus 47 AA 111 dövlət qeydiyyat nişanlı “QAZ-24” markalı avtomobil Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 20-ci km-liyində evakuatorun üzərində cərimələnib.

Cərimələnməyə səbəb isə avtomobilin texniki baxışdan keçməməsidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat məbləğində cərimə tətbiq edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru