Eyni məhsul market və apteklərdə niyə fərqli qiymətədir?

9-04-2025, 12:29           
 Eyni məhsul market və apteklərdə niyə fərqli qiymətədir?
Elə məhsullar var ki, vətəndaşlar onu həm marketlərdən, həm də apteklərdən əldə edə bilir. Amma elə eyni məhsullar var ki, məsələn, uşaq yeməkləri, bezləri, baxım məhsulları, saç şampunlar vəs. bunların qiyməti apteklərdə bir qiymət, marketlərdə isə başqa qiymətdir? Bəs, bunun başlıca səbəbi nədir?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışdı.

O, açıqlamasında bildirdi ki, məhsulların qiyməti mağaz və apteklərin icarə haqqına görə dəyişə və fərqlənə bilir:

"Azərbaycanda pərakəndə satışda qiymət tənzimləmə mexanizmi yoxdur. Bilirik ki, dövlət tərəfindən tənzimlənən qiymətlər var və bura kommunal xidmətlər, nəqliyyat vəs. aiddir. Digər pərakəndə satışda dövlətin müdaxilə edəcəyi iki məsələ var. Birincisi, istənilən pərakəndə satış nöqtəsi vaxtında və doğru olaraq vergi isini ödəsin, ikincisi isə vətəndaşı aldadıb, orada, keyfiyyətsiz, vaxtı keçmiş məhsullar satmasın. Bundan başqa qiymətlərə təsir mexanizmi olmadığı üçün qiyməti müəyyənləşdirən faktorlar ortaya çıxır, yəni, marketlərdə dövriyyəsi yüksək olduğu üçün və yaxud da bəzən əksinə olur, apteklərin icarə haqqı aşağıdır, amma böyük mağazaların icarə haqqı yüksək olduğu üçün bəzilərində qiymət baha olur, bəzilərində isə daha ucuz olur. Yəni, bütün bunlar vətəndaşın seçimdir. İstəyər aptekdən, istəyər də marketdən ona lazımlı olan məhsulu əldə edə bilər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.