“Uşaq poliklinikası deyil, sanki “tövlədir”" - Uşaqların sağlamlığı təhlükədə

10-04-2025, 11:08           
 “Uşaq poliklinikası deyil, sanki “tövlədir”" - Uşaqların sağlamlığı təhlükədə
Saytımıza şikayət daxil olub. Moderator.az xəbər verir ki, şikayətçi iddia edir ki, paytaxtın Binəqədi rayonu 179 saylı məktəbin yaxınlığında yerləşən 11 saylı uşaq poliklinikası bərbad vəziyyətdədir.
Şikayətçi bildirir ki, sözügedən uşaq poliklinikasında vəziyyət çox pisdir:
“Poliklinikada əsas tibbi avadanlıqların olmaması (hətta uşaqların çəkisini ölçmək üçün tərəzinin belə olmaması), peyvənd üçün lazımi şəraitin yaradılmaması, antisanitar vəziyyət və qeyri-ciddi mühit valideynləri özəl klinikalara müraciət etməyə məcbur edir. Həkimlərin sayı cəmi 2-3 nəfərdir və onlar bir otaqda işləməli olurlar. Həkimlər özləri də poliklinikanın təmirinin edilməsini və avadanlıqlarla təmin olunmasını istəyirlər. Bu vəziyyət illərdir davam edir və heç bir konkret tədbir görülmür. Uşaqların sağlamlığı üçün vacib olan müayinə və peyvənd prosesləri belə şəraitdə həyata keçirilə bilmir. Uşaq poliklinikası deyil, sanki “tövlədir”. Xahiş edirəm ki, bu məsələ ilə bağlı ciddi tədbirlər görülsün”.
Şikayətlə bağlı Təbibə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sorğu aiddiyyəti üzrə araşdırılması üçün yönləndirildi. Şikayətlərin araşdırılması mövzudan asılı olaraq bir neçə gün çəkə bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru