Faciəni marketinqə çevirən “Embawood”

11-04-2025, 10:24           
Faciəni marketinqə çevirən “Embawood”
Bu gün Bakıdakı Bağırov körpüsündə baş vermiş ağır yol-nəqliyyat hadisəsinə Embavud mebel şirkətinin marketinq yanaşması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
Hurriyyet.az xəbər verir ki, şirkət hadisəyə istinadən mebel daşıyan yük maşınlarının montaj edilmiş fotosunu paylaşaraq “Belə Sürətlə, həm də təhlükəsiz” şüarı ilə reklam edib.

Şirkətin paylaşımı faciə ilə zarafat kimi qiymətləndirilib və bir çox sosial media istifadəçisi tərəfindən etik normalara zidd sayılıb. Qısa müddət ərzində tənqidlərin artmasından sonra Embavud paylaşımını silib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru