Ərzaq məhsullarının qiymətində bahalaşma - VİDEO

11-04-2025, 09:08           
Ərzaq məhsullarının qiymətində bahalaşma - VİDEO
Mart ayında qiyməti bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. Dövlət Statistika Komitəsi ötən ayla bağlı məlumatları açıqlayıb.
TEREF Xezerxeber.az-a istinadən xəbər verir ki, bahalaşan məhsullrın siyahısında balıq və balıq məhsulları, süd və süd məhsulları, yağlar, ən çox istifadə olunan meyvə və tərəvəzlər yer alır.

Ucuzlaşma isə sadəcə 4 məhsulun - unun, yumurtanın, göyərtinin və xiyarın qiymətlərində müşahidə olunub.

Satıcılar isə bildirib ki, qiymət artımı daha çox qış aylarında olub. Hazırda bahalaşma yoxdur, əksinə ucuzlaşma var

İqtisadçı Rəşad Həsənov deyib ki, qiymət artımı daha çox marketlərdə alış-veriş zamanı hiss olunur. Onun sözlərinə görə, son bir neçə ildə geosiyasi vəziyyətin gərginləşməsi, dünya ölkələrinin yaşadığı iqtisadi böhran, iqlim dəyişiklikləri bahalaşmaya səbəb olur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru