AFD Holding-ə qarşı FIRILDAQ İTTİHAMI: Dövləti də aldadırlar... - İşçilər də maaşlarından olur...

11-04-2025, 11:20           
AFD Holding-ə qarşı FIRILDAQ İTTİHAMI: Dövləti də aldadırlar... - İşçilər də maaşlarından olur...
Naxçıvanda fəaliyyət göstərən AFD Holdingin tikinti sektorunda çalışan işçilərin maaşlarını rəsmi sənədlərdə az göstərərək vergidən yayındığı bildirilir. Bu barədə "Gündəlik Naxçıvan"a tikintidə çalışan fəhlə və sürücülər məlumat veriblər. İşçilərin sözlərinə görə, şirkət yerli rəhbərlik tərəfindən himayə olunduğundan, bu qanunsuzluqlara göz yumulur.
Şikayətçilərin sözlərinə görə, keçən ilin dekabr ayında işçilər ofisə çağırılaraq müqavilələrin yenilənəcəyi bildirilib.Lakin sənədlərə edilən dəyişikliklərdən xəbərsiz olan işçilər sonradan maaşlarının rəsmi olaraq 800 manatdan 442 manata endirildiyini öyrəniblər. Şirkət rəhbərliyi onlara bunun sadəcə sənəd üzərində olduğunu və maaşlarının yarısını nağd şəkildə verəcəklərini desə də, ödənişlər gecikdirilib.
"Bizə dedilər ki, narahat olmayın, maaşınızın yarısını əlbəəl alacaqsınız. Yanvar ayında kartımıza cəmi 400 manat köçürüblər, fevralda isə ümumiyyətlə maaş verməyiblər. İndi də 'veriləcək' deyib yola verirlər. Vergidən yayınmaq üçün maaşımızı rəsmi sənədlərdə 442 manat göstərirlər, əlimizə isə daha az pul keçir. Əgər bu qədər maaş verirlərsə, fevral ayında niyə heç nə ödəməyiblər?" – deyə tikinti işçilərindən biri bildirir.
İşçilərin sözlərinə görə, hazırda AFD Holding Naxçıvan şəhəri, 49-cu məhəllədə yaşayış binaları tikir. Şirkətin tikinti sahəsinə Zamir adlı şəxs rəhbərlik edir və işçilərə maaşla bağlı şikayət etməmələri üçün təzyiqlər göstərilir.
Şikayətçilər aidiyyəti qurumları bu məsələyə diqqət ayırmağa və hüquqlarının bərpası üçün tədbir görməyə çağırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.