Hər işçinin heç bir ayrı-seçkilik qoyulmadan bu haqqı almağa hüququ var

Dünən, 15:31           
Hər işçinin heç bir ayrı-seçkilik qoyulmadan bu haqqı almağa hüququ var
Hər işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi - minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
1. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Hal hazırda minimum əmək haqqı 400 manatdır.
2. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
3. Kollektiv müqavilələrdə və ya sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əməkhaqqının daha yüksək məbləğ nəzərdə tutula bilər.
4. Əmək haqqı sistemi ilə nəzərdə tutulan: mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əməkhaqqı məbləğinə daxil edilmir.
5. İşçilərin əməyi: vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.
6. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafatlar və ya maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
7Əmək haqqının tərkibinə: aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
8.Tarif (vəzifə)maaşı-işin mürəkkəbliyi, əmək gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
9. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
10.İşçiyə ödənilən mükafat,əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.