Bu yollardakı sürücülərin "imtahanı" nə vaxt bitəcək görəsən? Səbr imtahanıdır bu, yoxsa nədir?

14-04-2025, 09:14           
Bu yollardakı sürücülərin "imtahanı" nə vaxt bitəcək görəsən?
Vəziyyət o həddə çatıb ki, insanlar cərimə olunmadan axşam evə qayıdanda özlərini qəribə hiss edir, gecə yuxu yata bilmir, iştahı kəsilir, qəbzlik yaranır ki, yox ey nəsə çatışmazlıq var.
Tıxac olar, başa düşürəm. Ancaq günün müəyyən saatlarında, müəyyən yerlərində. Yoxsa hər gün, hər saat, hər dəqiqə. Bu maşın sürmək deyil axı. Elə bil kimsə arxa oturacaqda oturub, sənin də başına silah dirəyib ki, davay, sür.
Bəli, vəziyyət o qədər kritikdir. Sağ zolaq ümumiyyətlə, MAƏ-ə (minik avtomobili əleyhinə) minalı ərazidir, nə badə. A kişi, taksilər müştərilərini yolun ortasında mindirib-düşürürlər maşına, təsəvvür edirsiniz? Nəyə görə? Bunun alternativi nədir? Hansı həll yolları var?
Çox yox, bəzilərini mən yazım. Parkinq yerləri artırılmalıdır. Şəhərin müxtəlif yerlərində çoxmərtəbəli, həmçinin yeraltı parkinqlər tikilməlidir. Çünki həqiqətən yolların seyrəkliyə ehtiyacı var. Yollar rəsmən bunu bağırır, səsi götürüb aləmi.
Əlavə olaraq, metro xəttləri artırılmalıdır, birmənalı. Tıxac probleminin həllində kilid rol oynayan iki şey varsa bunun başlıcası metrodur, məncə.
Yollardakı bütün bu eybini ört-basdır etmək istəyirsənsə, yuxarıdakı bu iki şey sənin üçün əsas prioritet olmalıdır.
Xülasə, bugün bütün bunları mən oturduğum yerdən görə bilirəmsə, adını çəkmək istəmədiyim bəzi qurumlar, siz bunu dünəndən görürsünüz. Özü də daha detallı şəkildə. Və bunu görə-görə, bilə-bilə problemin həlli yolunda addımlar atmırsınızsa, mənim, daha doğrusu bizim, bunun altında başqa məna axtarmağa haqqımız çatır - deyə düşünürəm.
Valeh İsayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru