Çirkab sular Ceyranbatan anbarına axıdılır – VİDEO

14-04-2025, 15:38           
Çirkab sular Ceyranbatan anbarına axıdılır – VİDEO
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır.

İndex.az xəbər verir ki, bu barədə AZTV süjet yayımlayıb.

Bildirilib ki, çirkab sularının su anbarına axıdılması üçün ərazidən boru xətti də çəkilib və bu yolla kanalizasiya suları su anbarının mühafizə xəttinə ötürülür.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl də bu ərazidən kanalizasiya sularının Ceyranbatan su anbarına axıdılmasına dair məlumatlar və görüntülər yayılmışdı. Həmin vaxt qurum çirkab sularının su anbarına axıdılması barədə deyilənləri təkzib etmişdi.

Xatırladaq ki, Ceyranbatan su anbarı paytaxtı və ətraf əraziləri içməli su ilə təmin edən əsas resurslardan biridir.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru