Sonda ailə modeli deyirik... ölkədə bilirsiniz nə qədər ailə modeli var?
Dünən, 10:28

Əli Məsimli xətrini istədiyim millət vəkildir. 3 uşaqlı ailə modlenin önəmindən danışıb. Məndən olsa ailədə 5 uşağın olmasını dəstəkləyrədim. Böyük ailə modelini sevirəm. Təcrübə də göstərir ki, böyük ailələrdən olan uşaqlar bir birinə daha çox dəstək və qayğı göstərir. Onlar arasında özünə qəsd, evdən qaçma, hansısa neqativlər az olur və hətta təhsilə maraq daha üstün olur. Əlbətdə ki, ailə başçıları uşaqları düzgün idarə etməyi bacaranda və onlar arasında vəzifə bölgüsünü düzgün təmin edəndə...
Amma bu yaxın vaxtlarda ailələrin 3 uşaq dünyaya gətirməsi müşkül məsələdir. Çünki, uşaqlar üçün dəstək sistemi tam formalaşmayıb.
Ya gərək ənənəvi ailə modeli geri qayıtsın, yəni ana evdə otursun uşaqların tərbiyəsi ilə məşğul olsun, kişi isə işləsin.
Hazırkı iqtisdi çətinliklər isə, ailə başçılarının hər ikisinin işləməsini tələb edir. Xüsusən də uşaqların normal təlim, təhsil, sağlamlıq və digər ehtiyaclarını ödəmək üçün ailə büdcüəsinin mühüm hissəsi məhz uşaqlara xərclənir.
Əli müəllim iqtsiadçıdır. Çox yaxşı olar ki, 3 uşaq üçün ailə büdcəsinin müəyyənləşməsi məsələsini də gündəmə gətirsin.
Sonda ailə modeli deyirik... ölkədə bilirsiniz nə qədər ailə modeli var?
Mehriban Zeynalova