1 saylı məktəbin direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib VİDEO
Dünən, 15:46
Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib. Xatırladaq ki, valideyn məsələ ilə bağlı Təhsil Nazirliyinə və Abşeron - Xızı Regional Təhsil İdarəsinə də müraciət edib. İlk araşdırmada idarə belə bir hadisənin baş vermədiyini iddia edib. Lakin daha sonra məlum olub ki, Abşeron-Xızı regional İdarəsinin rəhbəri İlhamə xanım məktəbin direktorunun doğma xalası qızıdır. Patrulaz.az