MİDA yenə EFİRDƏDİR: Yenə də tenderləri... - DETALLAR
Dünən, 16:22

Yevlax şəhərində çoxmənzilli yaşayış binaları təmir ediləcək.
Yenicag.az xəbər verir ki, layihə Yevlax şəhəri, Rəşid Budaqov küçəsi 1 ünvanında yerləşən 1,9 hektar torpaq sahəsini əhatə edir.
Müvafiq işlərin icrası üzrə satınalma prosedurlarının qalibi “Enerji Qrup” MMC olub.
Sifarişçi qurum olan “MİDA” MMC ilə bağlanmış müqavilənin ümumi məbləği 6 milyon 107 min 680 manat 81 qəpik təşkil edir.
Layihə çərçivəsində ərazidə mühəndis-kommunikasiya xətləri çəkiləcək, yol və kommunikasiya infrastrukturu qurulacaq, həmçinin abadlıq və yaşıllaşdırma işləri həyata keçiriləcək.
Qeyd edək ki, “Enerji Qrup” MMC daha əvvəl də “MİDA” MMC tərəfindən keçirilən iri həcmli tenderlərin qalibi olub. Şirkət Binəqədi yaşayış kompleksində sahəxarici və sahədaxili elektrik enerjisi təminatı ilə bağlı 10,3 milyon manat, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolu kənarındakı 15,4 hektarlıq ərazidə isə oxşar işlər üzrə 10,7 milyon manat məbləğində tenderlərin icrasını həyata keçirib.
MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilşisi Nəsibov Xəyaldır. 100 manat nizamnamə kapitalına məsxusdur.