"Elxan Nəcəfov öz yan-yörəsinə baxıb danışır... başını qaldırıb MİLLƏTƏ BAXSIN..." - ETİRAZ VAR...

Dünən, 17:48           
"Elxan Nəcəfov öz yan-yörəsinə baxıb danışır... başını qaldırıb MİLLƏTƏ BAXSIN..." - ETİRAZ VAR...
"DİA-AZ" xəbər verir ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Naxçıvanda əmək bazarının dinmaik inkişaf etdiyini bildirib ki, bu da sosial şəbəkələrdə geniş müzakirəyə və etiraza nədən olub.
Belə ki, nazir, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Naxçıvanda təşkil etdiyi görüşdə bu inkişafa uyğunlaşmaq üçün təhsil müəssisələrinin üzərinə böyük iş düşsüyünü qeyd edib:
“Observatoriyanın həyata keçirdiyi təhlilləri yüksək qiymətləndirirəm. Naxçıvanda əmək bazarının dinamik inkişafı, texnoloji yeniliklər və qlobal çağırışlar fonunda kadr hazırlığında bu məlumatlar mühüm rol oynayır. Düzgün peşə seçimi fərdlərin təhsildən əmək bazarına uğurlu keçidində mühüm rol oynayır. Təhsil işçilərinin şagirdləri peşə yönümlü istiqamətləndirməsi gələcəkdə əmək bazarının kadr ehtiyacını qarşılamaqda mühüm rol oynayır və bu prosesə verilən dəstək əhəmiyyətlidir.”

Bu açıqlamaya irad bildirən Naxçıvanın bir qrup təhsil işçisi adından "DİA-AZ"a müraciət ünvanlanıb. Müraciət müəllifləri yazır:

"Çox güman ki, Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov öz yan-yörəsinə baxıb danışır... başını qaldırıb MİLLƏTƏ BAXSIN... Başını qaldırıb millətə baxmır ki, camaatın hansı problemlə yaşadığını görsün.

Uzağa baxmasın... Bu gün Naxçıvan təhsilində baş verənlərə göz atsın.

Naxçıvanda müəllim bilmir ki, aldığı pulla evinə yemək alsın, yoxsa komunallarını ödəsin... Heç birinə çatmır... Məcburdur ya uşaq hazırlasın, ya rüşvət alsın.

Eyni dərəcədə də valideynlər... Onlar pullarını uşaqlarının hazırlığına versinlər, ya bir qarın yeməyə?

Hardadır İNKİŞAF Kİ, bunu Naxçıvan camaatı görmür..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.