Kredit faizləri enə bilər - VİDEO

1-05-2025, 08:28           
Kredit faizləri enə bilər - VİDEO
Banklarda kredit faizləri enə bilər.
Maliyyə Nazirliyinin banklara 1.5 milyard manat depozit yerləşdirməsi Azərbaycan bank sektorunda kreditlərlə depozitlər arasındakı faiz marjasının azalmasına təsir edə bilər.

İqtisadçı Elman Sadıqov "Xəzər Xəbər"ə deyib ki, depozit portfelinin artması depozit faizlərini azaltmır. Çünkü bunda nə banklar, nə də depozit qoyanlar maraqlı deyil. Lakin bunun fonunda kredit faizlərində müəyyən dəyişiklik mümkündür.

Elman Sadıqovun sözlərinə görə, bankların hazırkı gedişatına nəzər salsaq, gələcək günlərdə kreditlərin faizlərinin 3 faizə qədər enməsi gözləniləndir.

Ekspert onu da əlavə edib ki, həm banklar, həm də vətəndaşlar əsasən biznes kreditinə maraqlı olmalıdırlar. Belə olan halda problemli kredit məsələsinin həllində də uğurlu nəticəyə nail olmaq olar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru