Azərbaycan diasporunun mülk davası başlayıb – Qalmaqal böyüyür
26-10-2016, 13:58
Belarus paytaxtında diaspor nümayəndələri qırğına çıxıb.
Hələ 2005-ci ildə Minskdə yaşayan azərbaycanlılar mədəni mərkəz inşa etmək qərarına gəliblər. Mədəniyyət Mərkəzində bir sıra, o cümlədən dini xidmətin də olması nəzərdə tutulub.
Tikinti üçün əldə edilən ərazi diaspor üzvü Mizəxan Mehrabovun adına rəsmiləşdirilib. Onun dini biliklərini nəzərə alaraq Mədəniyyət Mərkəzində dini ayinləri yerinə yetirməsi də öncədən qərara alınıb.
Diaspor üzvləri arasında "Azərbaycan Evi"nin tikintisinə vəsait yığılıb və 2009-cu ildə inşaat işləri bütünlüklə tamamlanıb. Elə münaqişə də bu tarixdən başlayıb.
Belarus Azərbaycanlı İcmaları Konqresinin (BAİK) sədri, tanınmış idmançı Natiq Bağırov M.Mehrabova sənədləri öz adına rəsmiləşdirməyi təklif edib. M.Mehrabov təklifi əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişib. Uzun danışıqlardan, qovğalardan sonra razılığa gəlməyən tərəflər günlərin bir günü fakt qarşısında qalıblar.
Belə ki, M.Mehrabovun binanı İran səfirliyinə satması bəlli olub. İddialara görə, 600 min dollarlıq sövdədən sonra İran Mədəniyyət Mərkəzinə dönən "Azərbaycan Evi"nin köhnə BAİK-li üzvləri Minskdəki rəsmi dairələrə üz tutublar.
Belarus paytaxtındakı Texniki İnventarlaşdırma Bürosunda alqı-satqıdan xəbər tutan diaspor üzvləri 2010-cu ildə məhkəməyə baş vurublar. Prosesdə üz-üzə gələn tərəflər ziddiyyyətli ifadələ veriblər. İran səfiri Hüseyni isə M.Mehrabova ümumiyyətlə pul vermədiyini deyib.
Uzun çəkişmədən sonra Minsk Şəhər Məhkəməsi binanı yenidən BAİK-in sərəncamına verib. Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. M.Mehrabova isə diaspor üzvləri Mədəniyyət Mərkəzindəki məscidə gəlməməyi tövsiyə edib. Lakin Aşura günü M.Mehrabovun orada görünməsi dava iləbitib.
BAİK sədri N.Bağırovla əlbəyaxa olan M.Mehrabov üçqat cüdoçu çempion qarşısında gücsüz qalıb.
Reyting.az