Lerikin icra başçısı rayondan qaçıb... - Sakinlər deputatı da axtarırlar

26-10-2016, 16:57           
Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

Maraqlısı budur ki, yay aylarında icra başçısı Rövşən Bağırov rayonun qışa hazır olduğunu deyirdi. Hələ qış gəlməmiş belə bir vəziyyətin yaranması rayonun qışa hazır olmadığını göstərir. Ən qəribəsoi odur ki, icra başçısı narahat deyil. Rayon sakinləri bildirir ki, yollara ayrılan pullar hamısı yeyilib, yol olmadığı üçün rayon mərkəzi ilə əlaqə kəsilib. Daha soyuq aylarda sakinləri hansı ciddi problemlərin gözlədiyi isə indidən bəllidir.

DİA.AZ-a müraciət edən rayon sakinləri bildirirlər ki, qar yağması səbəbindən problemlərlə üzləşən kənd sakinləri rayon mərkəzinə birtəhər gedib çıxsalar da, maləsəf icra başçısını yerində tapa abilməyiblər. Onlara başçı rayonda deyil, Bakıya gedib deyillər.

Sakinlər bildirir ki, başçı həmişə bu cür şəritdə rayonda olmur. "Onun canı candır, bizimki yox?" - deyə sual edən sakinlər Lerik RİH başçısı Rövşən Bağırovla yanaşı rayonun deputatı İqbal Məmmədovun da ünvanına sərt ifadələr işlədiblər.

Mövzu diqqətimizdədir. Həm icra başçısının və həm də deputat İqbal Məmmədovun mövqeyini diqqətinizə çatdırmağa çalışacağıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.