Dillər Universitetində qalmaqal - Şəfaqət Kazımova: “İşimin başındayam”

28-10-2016, 00:45           

Jurnalist Araz Ağayevin Azərbaycan Dillər Universitetinə (ADU) təyinat almasından sonra təhsil müəssisəsinin mətbuat katibi Şəfaqət Kazımovanın aqibəti sual altına düşüb. Belə ki, bundan sonra Ş.Kazımovanın vəfəsindən uzaqlaşdırılacaqğı fikirləri yayılmışdı. A.Ağayev Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O deyib ki, Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən, struktur dəyişikliyi baş verib. Onun sözlərinə görə, struktur dəyişikliyi nəticəsində əvvəlki İctimiayyətlə əlaqələr depatamentinin əvəzinə İnformasiya depatamenti yaradılıb: “İctimaiyyətlə əlaqələr şöbə olaraq İnformasiya departamentinin tərkibində fəaliyyətini davam etdirəcək. Şəfaqət Kazımova da öz vəzifəsində qalacaq. Jurnalistlər sorğularını həm mənə, həm də Şəfaqət xanıma göndərə bilərlər”. Məsələ ilə bağlı Şəfaqət Kazımova Modern.az-a hər zamankı kimi işinin başında olduğunu bildirib: “Jurnalist həmkarlarım hər zamanki kimi müraciət edə bilərlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru