Eldar Mahmudovun parlamentdəki adamının karyera planları - İndi də başçı olmaq istəyir
28-10-2016, 10:20
Son aylar deputat Nəriman Əliyev haqqında mətbuatda qalmaqallı iddialar səslənir
Deyilənə görə, biznesmen-deputat Nəriman Əliyev uzun müddətdir ki, rayonlardan birinin icra başçısı olmaq üçün mübarizə aparır. Lakin Masallının hazırki icra başçısı Rafil Hüseynovun onun haqqında yuxarı instansiyalara göndərdiyi məlumatlar aralarında konflikt yaranmasına səbəb olub. N.Əliyev “əlini cibinə salmaqla” bu məsələdən yaxa qurtara bilib. Bolgexeber.com xəbər verir ki,yaxın zamanlarda Rafil Hüseynovun vəzifəsindən kənarlaşdırılacağı haqda məlumat əldə edən cənab Əliyev icra başçısı olma uğrunda mübarizəni daha da kəskinləşdirib. Araşdırmam zamanı məlum oldu ki, Qəzənfər Ağayevin yarıtmaz fəaliyyətini hər yerdə qabardan N.Əliyev Astaraya icra başçısı getmək istəyir. Bunun əsas səbəbi isə, deputatın həmin rayondakı biznesidir. İddialara görə, Nəriman Əliyev Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışı ilə məşğul olur və bu mallar Astaradakı anbarda saxlanılır. Araşdırmamız davam edir... Vurğulanan faktlarla əlaqədar qarşı tərəfi də dinləməyə hazırıq.