Balakən sakini Ramil Usubova müraciət etdi - ŞİKAYƏT
28-10-2016, 14:00
teref.az-nun poçtuna Balakən rayon sakini şikayət ünvanlayıb. Şikayəti oxuculara təqdim edirik:
Balakən rayonu Hənifə kənd sakini Muradov Elxan Abdusalam oğlu tərəfindən
ŞİKAYƏT
9 ay əvvəl Balakən rayonunda mədəniyyət evinin arxasında "Türk Kafesi" adlanan restoranı icarəyə götürüb işlədirdim.24 oktyabr 2016-cı il tarixdə gecə saatlarında restorana naməlum şəxslər daxil olub kassadakı pulları, şəxsiyət vəsiqəmi və vöenimi oğurlayıbıar.Bu barədə Balakən Rayon Polis Şöbəsinə şikayət etsəmdə heç bir tədbir görmək istəmirlər.Əsasən belə oğurluq cinayəti barədə məlumat verən kimi polis dərhal hadisinə yerinə gəlib isti-isti izlər götürür əməliyyat keçirir.Ancaq bir-neçə gün keçməsinə baxmayaraq Balakən Rayon Polis Şöbəsindən bir səs çıxmır.Zəng edib soruşanda deyir səbirli olun baxılacaq.Başa düşə bilmirəm oğurluq cinayətinin izi itəndən sonra bunlar nəyə baxacaqlar.Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubovdan xahiş edirəm icarəyə götürdüyüm restoranda baş vermiş oğurluq hadisəsinin üstünü ört-basdır etmək istəyən Balakən RPŞ-nin rəhbərliyi barədə tədbir görəsiniz və baş vermiş oğurluq cinayətinin üstünün açılması üçün müvafiq tapşırıqlar verəsiniz.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!