Tibb bacısı hamilə qadını ayaqoyuluna 20 qəpiyə buraxır? - Bakı xəstəxanasından şok iddia

29-10-2016, 00:32           
Tibb bacısı hamilə qadını ayaqoyuluna 20 qəpiyə buraxır? - Bakı xəstəxanasından şok iddia
Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək. Nizamnaməyə əsasən, indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq. Yeni qərar əhalinin narazılığına səbəb olub. Sosial şəbəkədə paylaşılanlara əsasən dövlət xəstəxanalarının çoxunda, xüsusilə də “Respublikanski xəstəxana” kimi tanınan M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasında özbaşınalıq baş alıb gedir. Vətəndaşın sözlərinə görə sözü gedən xəstəxanada lift, qapıçı, hətta ayaqyolu belə pullu xidmət göstərir: “Bu Səhiyyə naziri son günlər dozanı artıq edir nədi, gic-gic qərarlar verir. Təcili yardım, dövlət xəstəxanaları pullu xidmət göstərəcək.. Guya indiyə qədər pulsuz xidmət idi? Pul da alırlar, Lifti pul, qapıcısı pul, hətda tualetdə pullu xidmət göstərir. Hamilə qadın tualetə istəyir, amma tibb bacısı açarı vermir, deyir 20 qəpikdir qiymətimiz. Söhbət Respublikanski xəstəxanadan gedir. Hər gün eyni vəziyyətdir. Yenə şükür, özəl xəstəxanalar var. Qiymətlər kəllə çarx olsa da gülərüz və savadlıdır həkimlər”. (Faktor.az)
Məsələyə aydınlıq gətirmək üçün gudelik baki.com olaraq əvvəlcə Respublika xəstəxanası ilə əlaqə saxladıq. Telefon zənginə cavab verən qadına xəstəxana ilə bağlı məsələyə aydınlıq gətirmək istədiyimizi bildirdik. Aldığımız cavab isə belə oldu: “Görmürsüz, məşğuluq? Vaxtımız yoxdur, başqa vaxt zəng edərsiz”. Daha sonra Səhiyyə nazirliyinin 0124412303 nömərsi ilə əlaqə saxlamağa çalışdıq. Bu dəfə telefona cavab verən xanım sayt adını eşidən kimi dəstəyi yerinə qoydu. Təkrar əlaqə saxlamağa çalışsaq da, zənglərimizi cavablandıran olmadı… Görünür, səhiyyəmizin özü kimi mətbuat xidməti də yararsız vəziyyətdədir. Susmaq razılıq əlamətidir, əgər bizim suallarımız cavabsız qalırsa deməli doğrudanda vəziyyət acınacaqlıdır.
teref.az olaraq qarşı tərəfin fikirlərni dinləməyə hazırıq!
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.