QAÇQINKOM" qaz olmayan binadan limit pulu alır

29-10-2016, 00:33           
QAÇQINKOM" qaz olmayan binadan limit pulu alır
Suraxanı Rayon Enerji Təhcizatı və Satış İdarəsi Yeni Günəşli qəsəbəsi AB massivi 25-də yerləşən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya işıq sayğacının qoyulması ilə bağlı elan yerləşdirilib. Bu barədə ANN.Az-a yataqxanada yaşayan sakinlər məlumat verib. Şikayətdə bildirilib ki, 20 ildən çoxdur, bu binada məskunlaşmalarına baxmayaraq, nə işıq, nə də qaz sayğacı yoxdur: "Ümumiyyətlə, binaya bu günə qədər qaz verilməyib. Məcbur qalıb elektrik enerjisindən daha çox istifadə edirik. Bu səbəbdən də, işığa çox yük düşür. Digər sakinlərin də şikayətləri bu gündən sonra quraşdırılacaq sayğaclarda işıq pulunun daha çox olması ilə əlaqədardır”. Məcburi köçkünlərə verilən kommunal xərclərin limitinin az olmasından şikayətlənən sakinlər sayğac quraşdırıldıqdan sonra daha çox işıq pulu verəcəklərini deyirlər. Bununla yanaşı, sakinlər bildirir ki, məcburi köçkünlərə verilən "yardım pulu”nda kommunal xərclərə qaz ödənişləri aid olduğundan, onlara verilən vəsaitdən istifadə etmədikləri qazın pulu da çıxılır. Məsələni araşdırmaq üçün Qaçqınların və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimovla əlaqə saxladıq. Komitə sözçüsü açıqlamasında məsələdən xəbərdar olmadığını bildirdi: "Həmin ərazidə indiyə qədər işıq sayğacının və ümumiyyətlə, qazın olmaması ilə bağlı məlumatım yoxdur. Məsələni araşdırmaya götürürük. Araşdırmalardan sonra ətraflı məlumat verəcəyik”. Məsələ ilə əlaqədar Suraxanı Rayon Enerji Təhcizatı və Satış İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
teref.az olaraq qarşı tərfin fikirlərinə yer verməyə hazırıq!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.