"Morqda qalan ölü üçün 24 saata 50 manat ödənməlidir"

29-10-2016, 00:33           

Bu gün bir sıra elektron portallarda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində saxlanılan ölülərin ödənişli saxlanması ilə bağlı məlumat yayılıb. Gundelik-baku.com bildirir ki, birliyin təsərrüfat işləri üzrə direktor müavini Abdulla Əliyev açıqlama verərək bu barədə danışıb. Məsələ ilə bağlı bizimyol.info saytına açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin təsərrüfat işləri üzrə direktor müavini Abdulla Əliyev faktı təsdiq edərək vəfat edən xarici vətəndaşların eyni zamanda morqda saxlanılan ölkə vətəndaşlarından 50 manat pul alındığını bildirib. "Əgər vəfat edən öz vətəndaşımızdısa, bu morqda çox saxlanılırsa, ölünün yiyəsindən pul alınır. Eyni zamanda küçədən tapılan və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən xarici vətəndaşlar üçün də 24 saatına 50 manat pul alınır. Amma vəfat edən şəxs xarici vətəndaş olduqda və bu barədə həmin ölkənin səfirliyi müraciət etdikdə çalışırıq ödəniş almayaq".
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru