Çin maşınları Rusiya avtomobil markasını çökdürüb

4-06-2025, 15:14           
Çin maşınları Rusiya avtomobil markasını çökdürüb
2025-ci ilin ilk beş ayı ərzində Rusiyada 131,2 min ədəd "Lada" markalı avtomobil satılıb.
Bu barədə "AvtoVAZ" şirkətinin prezidenti Maksim Sokolov məlumat verib.

Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz azdır.

Sokolov satışların azalmasının əsas səbəbləri kimi ölkədə yüksək faiz dərəcəsini, Çin avtomobillərinin qiymət rəqabətini (dempinqini), həmçinin avtomobil kreditləri üçün şərtlərin sərtləşdirilməsini göstərib.

Qeyd edək ki, 2025-ci ilin mart ayında Rusiyada təxminən 28,5 min yeni "Lada" avtomobili satılıb ki, bu da 2024-cü ilin martı ilə müqayisədə 32,6 faiz azalma deməkdir. Ümumilikdə isə, ölkədə yüngül avtomobil satışları bir il ərzində 25,5 faiz azalaraq 102,1 minə düşüb. Lakin mart ayı ilə müqayisədə artım 27,9 faiz təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.