184 min manat vergi borcu olan şirkət kimindir? - Sirli Hacıyev Əhməd İlham oğlu kimdir?
4-06-2025, 09:18
“Belurtunes LL” şirkətinin xeyli miqdarda vergi borcu yaranıb. İqtisadiyyat.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin hazırda 184 503,08 manat vergi borcu var.
“Belurtunes LL” şirkəti 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır.
Şirkətin qanuni təmsilçisi Hacıyev Əhməd İlham oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.